AZ

Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü keçirilib (FOTO)

Bakı. Trend:

1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşəbayramı və prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümümünasibətilə Bakı şəhər prokurorluğunun inzibati binasının yenikorpusunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin vəmedia nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

Trend xəbər verir ki, bu barədə Başprokurorluqdan bildirilib.

Qeyd edilib ki, tədbirin məqsədi gənc hüquqşünaslarınprokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarına,nəzəri biliklərini praktik müstəvidə tətbiq etmələrinə vəcəmiyyətdə prokurorluğun fəaliyyətinə dair maarifləndiriciməlumatların artırılmasına şərait yaratmaq olub.

Ulu Öndər Heydər Əliyev və bütün şəhidlərin əziz və unudulmazxatirələri bir dəqiqəlik sükutla anıldıqdan sonra açılışda çıxışedən Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov qonaqlarısalamlayaraq bu cür təşəbbüslərin gənclərin peşəkar formalaşmasındavə gələcək fəaliyyətə hazırlanmasında mühüm rol oynadığınıvurğulayıb. O, rayon prokurorluqlarının səlahiyyətləri, gündəlik işprinsipləri barədə ətraflı məlumat verib və iştirakçılarınsuallarını cavablandırıb.

Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov çıxışındaprokurorluğun əsas fəaliyyət istiqamətləri və prioritetləri barədədanışıb.

Daha sonra Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroruKənan Zeynalov “Azərbaycan Prokurorluğunun inkişaf yolu: tariximərhələlər və müasir çağırışlar” mövzusunda təqdimatla çıxış edib.O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulmuş vəPrezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən hüquqislahatlarının dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinintəmin olunmasına və prokurorluq orqanlarının müasir tələblərə uyğunfəaliyyətinə xidmət etdiyini qeyd edib.

Tədbir çərçivəsində Bakı şəhər prokurorluğunun əməkdaşları YaqubMəmmədov, Əfqan Qafarov və Ramil Səfərov daxili işlər orqanlarınınistintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunçuluğaprokuror nəzarəti, prokurorluqda istintaqın təşkili və ona nəzarət,həmçinin prokurorluq orqanlarında müraciətlərə baxılması vəvətəndaş məmnunluğu mövzularında çıxış edərək öz bilik vətəcrübələrini iştirakçılarla bölüşüblər.

Gənc hüquqşünaslar və media nümayəndələri ilə səmərəlimüzakirələr aparılıb, iştirakçılara kriminalistik avadanlıqlar,habelə Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) nümayişetdirilərək onların istintaq prosesində tətbiqi izah olunub.

Sonda iştirakçılar inzibati binada yaradılmış iş şəraiti ilətanış olub, prokurorluğun gündəlik fəaliyyəti barədə əyani məlumatəldə ediblər. Tədbir xatirə fotosu ilə başa çatıb.

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Seçilən
11
5
az.trend.az

6Mənbələr