AZ

Qusarın Laza kəndində vəziyyət nəzarət altındadır - FHN

Qusar rayonunun Laza kəndində hadisə baş verdiyi ilk gündən Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri əraziyə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə ərazidə müvafiq tədbirlər həyata keçirilir.

Vəziyyət nəzarət altındadır.

Qeyd edək ki, Laza kəndindən keçən çaydan daş-palçıq qarışıqlı sel keçib. Şəlalədən tökülən palçıq axını kənd ərazisindəki körpünü və yolu basıb, həyətlərə dolub. Sel sularının evlərə dolmasının qarşısı alınıb.

Seçilən
27
2
redaktor.az

10Mənbələr