AZ

Qlobal arenada siyasi dərs ... BMT mücərrəd davrandı, Azərbaycan Lideri konkret iş ortaya qoydu

ain.az bildirir, Bizimyol portalına istinadən.

Azərbaycan Liderinin illər ərzində formalaşdırdığı strategiya dərin marağa yol açıb.

Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Amerika Birləşmiş Ştatlarına səfəri, Nyu-Yorkda BMT qərargahında keçirdiyi görüşlər hər bir azərbaycanlının fərəh hissi keçirməsinə səbəb olur. Bunun əsasında dayanan amil odur ki, dilimizdə əzbər olan, qabar bağlayan, gözümüzün kökünü saraldan 822, 853, 874, 884 kimi rəqəmlərin icrasına mücərrəd davranış sərgiləyən BMT deyil, konkret iş ortaya qoyan Azərbaycan Lideri nail oldu. BMT TŞ bu dörd qətnaməni tarixin tozlu səhifələri arasına qərq etmişdisə, Azərbaycan da münaqişəni həll etmək üçün məsuliyyəti üzərinə götürən və əslində şou göstərməklə məşğul olan təsisatı tarixə qovuşdurdu. Azərbaycan Lideri sübut etdi ki, BMT Təhlükəsizlik Şurası da, ATƏT-in Minsk Qrupu da, bu məsələ ilə bağlı söz xətrinə danışan şəxslər də süquta uğrayıb. BMT öz qürubunu yaşasa da, Azərbaycan dünyaya günəş kimi doğur. Bəli, zamanında Ümummilli Lider Heydər Əliyev tərəfindən səsləndirilən fikirlərin hər biri addım-addım reallaşır.

44 gün ərzində sülhəməcburetmə əməliyyatı ilə Azərbaycan sadəcə bu böyük təsisatın etməli olduğunu etmədi, həm də müharibə qanunları haqqında da dünyaya dərs keçdi. Beynəlxalq hüququ görməzdən gələn dövlətlər və bu dövlətlərin himayə etdiyi Ermənistandan fərqli olaraq Azərbaycan mülki infrastruktur və əhalini hədəf almadan qisasını döyüş meydançası ilə məhdudlaşır, diplomatik masada uğurlu gedişlər edərək son dərəcə təmkinlə davranırdı. Ən az bunun qədər önəmli amil o idi ki, ləyaqətimizi də uca tutur, ən ali səviyyədə dünyaya bəyan edirdik. Torpaq uğrunda,Vətən uğrunda döyüşmək üçün, səngərlərə yollanmaq üçün igid oğullarımız səfərbərlik tələb edirdi. Dövlətimizin dəfələrlə buna ehtiyac olmadığı cavabı gələndə bütün dünya azərbaycanlıları bir daha Liderimizlə fəxr edirdi. Bir daha sübut olunurdu ki, dövlət başçımız zamanında ordunun maddi-texniki bazası qədər, insan kapitalını da düzgün müəyyənləşdirməyi bacarıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev gecəsini-gündüzünə qatsa da, bildirirdi ki, zəfərimizi qəhrəman əsgər və zabitlərimizə borcluyuq. Bu sözü yalnız mayası Vətən torpağından yoğrulmuş bir Lider deyə bilərdi. Orduya xalq tərəfindən olan dəstək də ən üst, ən ali səviyyədə idi. Hər kəs özünü Ali Baş Komandanın əsgəri hesab edirdi. Bu, bir həqiqətdir ki, BMT-nin icra edə bilmədiyini Azərbaycan Lideri öz ağlı, zəkası ilə icra etməyi bacardı. Məhz bunun nəticəsidir ki, siyasi kluarlarda, siyasi institutların dəhlizlərində Azərbaycan təcrübəsi haqqında danışılır, qulaqdan-qulağa Zəfərimizdən bəhs edirlər. Məhz bunun nəticəsidir ki, istənilən görüş qarşı tərəfin arzu və istəyi ilə reallaşdırılır. Azərbaycan Liderinin illər ərzində formalaşdırdığı strategiya dərin marağa yol açıb. Çünki Azərbaycan Lideri bölgəmizi kirli oyunların alətinə çevirmək istəyən aktorların monopolistik davranışlarına, cəhdlərinə son qoydu.

Artıq Cənubi Qafqaz münaqişə və müharibədən uzaq əməkdaşlıq məkanına çevrilir, bölgəmizə sülh gəlir. Sülhü gətirən isə ən böyük azərbaycanlı olan Ümummilli Liderimiz Heydər Əliyevin xalqına ən böyük töhfəsi sayılan və Azərbaycanın imzasından sonra adını da ən ali siyahılara qızıl hərflərlər yazmağı bacaran cənab İlham Əliyevdir.

Azər Badamov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
icma.az

1Mənbələr