ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Sinqapurda keçirilən dünya çempionatında dörd medal qazanan paraüzgüçü Raman Salei 2028-ci ildə keçiriləcək paralimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyini bildirib.
İdman.biz xəbər verir ki, 31 yaşlı idmançı bu barədə “Report”a açıqlama verib.
O, dörd dəfə fəxri kürsüdə yer aldığı mundialla bağlı fikirlərini bölüşüb: “Ümumilikdə çıxışımı yaxşı qiymətləndirirəm. Amma həmişə daha çox inkişaf etməyə çalışıram. Çünki hər zaman bunu arzulayıram. Yarışa hər bir idmançı kimi, mən də medal qazanmaq üçün getmişdim. Üç mükafat əldə edəcəyimi gözləyirdim, amma 4 oldu”.
Salei 2028-ci ildə ABŞ-də keçiriləcək Yay Paralimpiya Oyunları ilə bağlı da danışıb: “Hədəflərlə bağlı yalnız bir məsələni deyə bilərəm. Həmin turnirə hələ üç il var. Bu səbəbdən proqnoz vermək çətindir. Amma bir şeyi dəqiq bilirəm, Azərbaycanı layiqincə təmsil edəcəyəm”.
Qeyd edək ki, Raman Salei dünya çempionatını 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. S12 kateqoriyasında çıxış edən üçqat paralimpiya çempionu 100 metr məsafəyə arxasıüstə üzməkdə qızıl, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə gümüş, 100 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə üzməkdə və eyni məsafəyə sərbəst üsulla üzməkdə bürünc mükafata sahib çıxıb.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.