AZ

Rusiyada yük maşını qatarla toqquşub: Güclü yanğın baş verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Smolensk vilayətində yük maşını ilə yanacaqdaşıyan qatar toqquşub.
Oxu.Az-ın "Baza" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə Moskva Dəmir Yollarından məlumat verilib.
Məlumata görə, lokomotiv və yanacaq dolu 18 vaqon relsdən çıxıb və güclü yanğın başlayıb.
Lokomotiv briqadası, sürücü və onun köməkçisi orta-ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Həmin hissədə qatarların hərəkəti dayandırılıb. Hazırda hadisə yerində yanğınsöndürənlər işləyirlər.
Seçilən
30
50
oxu.az

10Mənbələr