AZ

Oğuzda fıstıq ağaclarının qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Oğuzun  Filfilli kəndi ərazisində meşəlikdə fıstıq növündən olan ağacların qanunsuz kəsilməsi faktı üzrə cinayət işi başlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ağacların kəsilməsində şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
37
anews.az

1Mənbələr