AZ

Anım Günü ilə bağlı Xocalı şəhər Şəhidlər xiyabanı ziyarət olunub

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

27 sentyabr - Anım Günü ilə bağlı Xocalı şəhər Şəhidlər xiyabanında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb, qəhrəman Vətən övladlarının əziz xatirəsinə dualar oxunub.

Oxu.Az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, anım tədbirində çıxış edən natiqlər 2020-ci ildə sentyabrın 27-də başlayan Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən söz açıblar.

Zəfərin davamı olaraq 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib.

Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Doğma yurd-yuvalarından illərlə didərgin düşmüş keçmiş məcburi köçkünlərin mərhələli şəkildə geri dönüşü təmin olunur.

"Böyük Qayıdış" proqramı çərçivəsində Xocalı şəhəri ilə yanaşı, kəndlərə də mərhələli şəkildə köç həyata keçirilir.

Xatırladaq ki, Xocalıda keçirilən anım mərasimində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Xocalı rayon polis şöbəsinin əməkdaşları, şəhid ailələri, müharibə veteranları iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
18
oxu.az

10Mənbələr