AZ

Pakistanın baş naziri Ağ Evdə Trampla görüşüb

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Pakistanın baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Tramp ilə Ağ Evdə görüşərək Qəzzada müharibəyə son qoyulması səylərini müzakirə edib və ABŞ şirkətlərini ölkəyə sərmayə qoymağa dəvət edib.

Gununsesi.info  xarici mediata istinadən xəbər verir ki, görüşdə Pakistanın ordu başçısı feldmarşal Asim Munir də iştirak edib.

Şərif ABŞ şirkətlərini kənd təsərrüfatı, texnologiya, mədənçıxarma və enerji sektorlarına investisiya qoymağa çağırıb. Tramp Pakistan-ABŞ tərəfdaşlığının güclənəcəyinə əmin olduğunu bildirib.

Müzakirələrdə Yaxın Şərq sülhü də gündəmə gəlib və Şərif Trampın Qəzzada müharibəyə dərhal son qoymaq səylərini tərifləyib.

Qeyd edək ki, bu, Trampın Pakistanın mülki lideri ilə Ağ Evdə ilk görüşüdür.

Gülxanım

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
icma.az

1Mənbələr