AZ

Rəqəmsal həllər və lokal innovasiyalar Azərbaycanda külək parklarının effektivliyini artıracaq

Bakı. Trend:

Azərbaycanda külək enerjisinin səmərəliliyini artırmaq üçünrəqəmsal həllərin tətbiqi və yerli innovasiyaların dəstəklənməsivacibdir.

Trend xəbər verirki, bunu “Azərbaycan-Mərkəzi Asiyanın Yaşıl Enerji Həftəsi”çərçivəsində “ACWA Power”in NOMAC külək parklarının istismar vətexniki xidmət üzrə direktoru Radjukumar Qopalsami bildirib.

Onun sözlərinə görə, “virtual beyin” funksiyasını yerinə yetirənmərkəzləşdirilmiş monitorinq stansiyaları turbinlərin məsafədənidarə olunmasına, onların küləyin sürəti və istiqamətinə uyğuntənzimlənməsinə imkan verir və beləliklə enerji istehsalınımaksimum səviyyəyə çatdırır.

“Vacib element tərəfdaş şirkətlər tərəfindən təqdim olunangünlük, həftəlik və aylıq proqnozların istifadəsidir. Bu,off-teykerlərin yükü effektiv planlaşdırmasına vədispetçerləşdirmənin optimallaşdırılmasına kömək edir”, - deyə oqeyd edib.

Qopalsami vurğulayıb ki, Azərbaycanda həmçinin yerli təkərlər,komponentlər istehsalını inkişaf etdirmək və logistika dəstəyitəmin etmək vacibdir: “Bu, ölkədə avadanlıq istehsalçıları və bərpaolunan enerji sektorunun iştirakçıları üçün əlavə imkanlaryaradacaq”.

Məqalədə:
Seçilən
60
1
az.trend.az

2Mənbələr