AZ

“Azərbaycanda ilk dəfədir belə bir xətt açılır”

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Bu gün Mingəçevir-Gəncə-Ağstafa sürət qatarının açılışı baş tutur. Mən Müşfiq Cəfərov, millət vəkilləri Aydın Mirzəzadə, Naqif Həmzəyev, həmçinin Azərbaycan Dəmir Yollarının rəhbərliyi açılışda iştirak edirik. Azərbaycanda ilk dəfədir belə bir xətt açılır”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.

Deputat qeyd edib ki, bu xəttin əsas məqsədi qərb bölgəsində olan şəhərlərimizi, rayonlarımızı birləşdirməkdir: “Xüsusilə də Gəncə, Mingəçevir və Ağstafa ilə olan əlaqələri dəmir yolu üzərindən həyata keçirməkdir. Bu, həm turizmin inkişafına xidmət etmiş olacaq, həmçinin əhalinin komfortlu qatarlardan istifadə edərək təhlükəsiz şəkildə mənzil başına çatmasına kömək edəcək. Yəni bu qatar xəttinin bir çox üstünlükləri var”.

M.Cəfərov bunun ilk layihə olduğunu deyərək vurğulayıb ki, bu cür layihələr gələcəkdə daha çox olacaq: “Bu qatar xətləri yalnız paytaxtla şəhərləri, rayonları birləşdirməyəcək, həmçinin regionların öz aralarında da olacaq. Çünki bu gün artıq Qarabağda da Ağdama qatar xətti yaradılıb. Qarşıdakı illərdə bunun Xankəndiyə də çatdırılması nəzərdə tutulub. Bu habın regionlararası olması regionların inkişafına, o cümlədən daşımaçılığa çox müsbət xidmətləri olacaq”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr