AZ

Ombudsman Anım Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb

Ombudsman Anım Gününün beşinci il dönümü ilə bağlı bəyanat yayıb.

Ombudsmandanverilən məlumata görə, Bəyanatda bildirilib ki, 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini pozaraq azərbaycanlımülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini intensiv və ağır silahlardan atəşə tutmaqla çoxsaylı dinc insanların tələfatı ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlara başlamasından beş il ötür:

Həmin dövrdə Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək, mülki əhalinin yaşamaq hüququnun təmini, otuz ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi məqsədilə əks-hücum əməliyyatlarına başlamış, nəticədə mötəbər beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrası təmin olunmaqla bərabər, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa edilmişdir.

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı və döyüş əməliyyatları aparılan ərazidən kifayət qədər uzaqlıqda yerləşən ölkənin ən böyük şəhərlərindən birini, rayon mərkəzlərini və digər yaşayış məntəqələrini uzaqmənzilli əməliyyat-taktiki və ballistik raket qurğularından atəşə tutmuşdur.

Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının tələblərinə zidd olaraq qəsdən törədilmiş müharibə cinayətləri nəticəsində 100-ə yaxın dinc mülki sakin, o cümlədən 12 uşaq qətlə yetirilmiş, 450-dən çox mülki şəxs yaralanmışdır. Bundan əlavə, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinə məruz qalaraq dağıdılmış və ya qəzalı vəziyyətə düşmüşdür.

Postmüharibə dövründə regionda sülh və əmin-amanlıq üçün təhlükə yaradan separatçı qüvvələrin təxribat əməllərinin qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cü il sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata keçirilmişdir.

Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilmiş və bölgədə insan hüquqlarının qorunması istiqamətində yeni imkanlar açılmışdır.

Seçilən
33
27
aznews.az

10Mənbələr