AZ

Türkiyəli müğənni faciəli şəkildə öldü - FOTO

Türkiyəli müğənni 51 yaşlı Güllü ölüb.

Gundem.az xəbər verir ki, bu barədə məlumatı oğlu yayıb.

O, anasının eyvandan yıxılaraq öldüyünü deyib:

"Anamı, hörmətli sənətçi Güllünü bu gecə faciəli qəzada itirdik. Sosial şəbəkələrdə yayılan özünə qəsd xəbərləri yalandır. Dəfnlə bağlı yenilikləri paylaşacağam".

Qeyd edək ki, Güllü şəxsi həyatı ilə də tez-tez gündəmdə olub, bir neçə evlilik və boşanma yaşayıb. Uzun illər artıq çəkidən əziyyət çəkən müğənni 2017-ci ildə mədə əməliyyatı ilə xeyli çəki itirib. O, iki övlad anası idi.

 

Seçilən
45
1
gundem.az

2Mənbələr