AZ

Gürcüstan Prezidenti: Trampmənə söz verib

TBİLİSİ, 26 sentyabr. TELEQRAF

“Mən ABŞ prezidentinə dedim ki, münasibətlərimizi yeni səhifədən başlamağın vaxtı çatıb”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısının sözlərinə görə, ABŞ prezidenti ona münasibətlərin təmiz səhifədən başlanması məsələsinə qayıdacağını söz verib.

“İctimaiyyəti yəqin ki, ABŞ prezidenti Donald Trampın təşkil etdiyi və bizim görüşdüyümüz şam yeməyi maraqlandırır. Mən ona münasibətlərimizi yeni səhifədən başlamağın vaxtının çatdığını söylədim. O, cavabında bu məsələyə baxacağına söz verdi. Bu mövzuya qayıdacağına və mənimlə əlaqə saxlayacağını vəd etdi. Gəlin onun cavabını gözləyək”, - M.Kavelaşvili söyləyib.

Qeyd edək ki, ABŞ-nin əvvəlki administrasiyası Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Gürcüstan hakimiyyəti strateji tərəfdaşlığın təmiz səhifədən və konkret yol xəritəsi əsasında bərpasına hazırlığını dəfələrlə bəyan edib.

Seçilən
18
teleqraf.com

1Mənbələr