Demokrat.az “Qafqazinfo.az”a istinadən xəbər verir ki, rayonun Təngərüd kəndindən Balaca Şahağacı kəndinə gəlin gətirilərkən bəyin bir neçə dostu yolda avtomobilin qarşısını kəsib.
Belə ki, onlar yolun hərəkət istiqamətində dayanaraq gəlin maşınının qarşısını kəsib musiqiyə yüksək səs veriblər, eləcə də arxadan gələn digər avtomobillərin də yolun hərəkət istiqamətində dayanmasına şərait yaradıblar.
Bu zaman maşınlardan enən bir neçə nəfər yolun ortasında əllərində rəngli tüstü tutaraq magistralın ortasına masa qoyublar.
Masanın ətrafında dizləri üstə nərdtaxta adlanan oyun çərçivəsini açıb bəyin maşından düşərək onlara yaxınlaşmasını, toy şirinliyi kimi pul vermələrini istəyiblər. Bununla da arxadan hərəkət edən toy karvanına aidiyyəti olmayan digər avtomobillərdəki şəxslərin dayanaraq onları gözləməsinə zəmin yaradıblar. Bu da digər vətəndaşların narazılığı ilə nəticələnib.
Eyni zamanda həmin anın görüntülərini “TikTok”da paylaşaraq sosial müzakirələrə səbəb olublar.
Aparılan araşdırma zamanı magistral yolu kəsən şəxslərin 1977-ci il təvəllüdlü S.M., 1996-cı il təvəllüdlü F.G., 2001-ci il təvəllüdlü A.A. və 2002-ci il təvəllüdlü E.Q. olmaları müəyyən edilib.
Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib.
Astara Rayon Məhkəməsinin qərarı ilə 4 nəfərin hər birinə 4 sutkalıq inzibati həbs verilib.
10Mənbələr
-
news24.azGəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi ( 21756253)
-
olay.azToy karvanının qarşını kəsib nərd oynayanlar həbs edildi ( 21762892)
-
pravda.azGəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin dörd dostu həbs edildi ( 21761695)
-
olay.azToy karvanının qarşını kəsib nərd oynayanlar həbs edildi ( 21761419)
-
7news.azGəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin dörd dostu həbs edildi ( 21759778)
-
manset.azGəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi ( 21759472)
-
far.azGəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi ( 21759256)
-
olke.azGəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi ( 21759190)
-
moderator.azAstarada toy günü bəyin dostları həbs edildi ( 21758686)
-
publika.azGəlin maşınının qarşısını kəsib nərd oynadılar ( 21758470)