AZ

Kavelaşvili: BMT Baş katibi Gürcüstan hökumətinə təşəkkür edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Görüşdə sülhün və davamlı inkişafın əhəmiyyətinə xüsusi diqqət yetirilib, Gürcüstanın Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin təmin edilməsində rolu vurğulanıb.

Tərəflər dünyanın üzləşdiyi çağırışları da müzakirə ediblər.

M.Kavelaşvili qeyd edib ki, Gürcüstan hökumətinin seçdiyi sülh, sabitlik və iqtisadi rifah vektoru sarsılmazdır və buna görə BMT-nin Baş katibi ona təşəkkür edib.

Prezident görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, A.Quterreş görüşdə Gürcüstanın böyük təzyiqlərə tab gətirdiyini vurğulayıb:

“O, sülh, sabitlik və inkişaf kimi düzgün yolu seçdiyimizə görə bizə təşəkkür edib. Bunu hamı görür, qeyd edir və belə qiymətləndirmələr çox xoşdur”, - M.Kavelaşvili söyləyib.
Seçilən
7
2
sherg.az

3Mənbələr