AZ

Orqan transplantasiyası üçün gözləyənlərin 25%-i uşaqlardırAÇIQLAMA

Hazırda orqan transplantasiyası üçün gözləyənlərin 25%-ni uşaqlar təşkil edir.

Bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

O qeyd edib ki, hazırda orqan nəqli üçün gözləyən insanların sayı 1000 nəfəri keçib.

"Öz ölümündən sonra orqanlarını bağışlamaq istəyən 600 nəfər Azərbaycan vətəndaşı bizim reyestrimizdən qeydiyyatdan keçib. Bu o deməkdir ki, insanlar artıq ölümündən sonra orqan bağışlamaq istəyinin necə şəfa verici bir şey olduğunu anlayırlar.

Düşünürlər ki, biz həyatımızı dəyişəndən sonra 8 insana həyat vermək böyük bir şərəfdir. Hazırda nəqli üçün gözləyənlərin 25 %-i uşaqlardır"- deyə Y.Abbasova əlavə edib. (trend)

Seçilən
27
3
xezerxeber.az

4Mənbələr