AZ

Azərbaycanda kritik informasiya infrastrukturu üzrə təhlükəsizlik vəziyyəti Komissiya iclasında müzakirə edilib

Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyinə riayət vəziyyəti və kibertəhdidlərə qarşı görülən tədbirlər müvafiq Komissiyanın iclasında müzakirə edilib. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yayıb.

İclasda DTX və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri tam tərkibdə iştirak ediblər. Təhlükəsizlik tələblərinin ilkin qiymətləndirilməsinə dair nəticələr təqdim olunub, aşkar edilmiş nöqsanların bir qismi aradan qaldırılıb.

Komissiya kritik informasiya infrastrukturunun kibertəhlükələrə qarşı dayanıqlığının artırılması məqsədilə yeni hədəflər müəyyənləşdirib. Gələcək yoxlamalar təsdiq olunmuş plan əsasında həyata keçiriləcək.

İclas zamanı beynəlxalq standartlara (NIS-2, CSF 2.0) uyğun olaraq ümumi tələblərin təkmilləşdirilməsi, risk modellərinin yenilənməsi və SCADA sistemlərinin siyahısının dəqiqləşdirilməsi müzakirə olunub.

Komissiya, həmçinin kibertəhlükəsizlik xidmətlərinin göstərilməsində uyğunluq problemi olan hüquqi şəxslərdən asılılığın azaldılmasını və kriptoqrafik mühafizə vasitələrinin tətbiqinin genişləndirilməsini vacib sayıb.

Seçilən
23
anews.az

1Mənbələr