AZ

Trampla Ərdoğanın görüşü: Nəticələr nə ola bilər?

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Donald Trampla Rəcəb Tayyib Ərdoğanın Ağ Evdə görüşü olub.

Görüş gərgin keçməsə də, maraqlı məqamlar diqqət çəkib.

Məsələn, Tramp bir neçə dəfə Türkiyənin Rusiyadan neft və qaz alışını dayandırmasını istədiyini bildirdi.

Ancaq o da var ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və bu ölkədən neft və qaz alır.

O cümlədən Türkiyə Rusiyaya müxtəlif məhsullar, o cümlədən kənd təssərrüfatı məhsulları ixrac edir.

Maraqlıdır, Türkiyə Trampın istəyi ilə bütün bunlardan imtina edərmi?

İmtina etməsi Türkiyənin ziyanına işləyər, yaxud ABŞ ilə daha da yaxınlaşma olar və məsələn, F-35, F-16 hərbi təyyarələrinin satışı məsələsində razılığa gələrlər?

Ümumiyyətlə, Türkiyə Rusiyadan qaz və neft alır və bu mənbələr enerji baxımından müəyyən qədər strateji ehtiyacları ödəyir.

Sanksiyalara qoşulmasa da, Türkiyə artıq Rusiyadan gələn qazın payını azaldaraq, LNG (likvidləşdirilmiş təbii qaz) alımlarını artırmaq fikrindədir və ABŞ ilə uzunmüddətli LNG müqaviləsi bağlayıb.

Üstəkik, Türkiyə F-35 proqramında yoxdur. Əsas səbəblərdən biri Rusiyadan alınan S-400 hava mühafizə sistemidir.

Hazırkı vəziyyətdə Türkiyə tamamilə Rusiyadan neft və qaz idxalatını dayandırmaz. Çünki bu, enerji təhlükəsizliyi və daxili iqtisadiyyat üçün riskli ola bilər.

Əgər Türkiyə Trampın istəklərinə yaxınlaşsa, əlbəttə, müsbət məsələlər çox ola bilər.

Məsələn, ABŞ ilə silah və texnologiya imkanlarının artırılması, F-35-lərə qayıtmaq, F-16 modernizasiyası və yeni silah satışında şərtlərin yumşaldılması ehtimalı ola bilər.

Lakin dediyimiz kimi, hazırda belə bir ehtimal müşahidə edilmir.

Afət

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
icma.az

1Mənbələr