AZ

Tramp Vaşinqtonda ölüm hökmünün tətbiqinə icazə verdi

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda ölüm hökmünün tətbiqinə icazə verən sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, ölüm hökmü ABŞ ştatı olmayan Kolumbiya dairəsində tətbiq ediləcək. Paytaxt rəsmi olaraq ABŞ Konqresi tərəfindən idarə olunur.

ABŞ-ın baş prokuroru Pam Bondi imzalanma mərasimindən sonra bütün ölkədə ölüm cəzasına icazə verilməsini istədiyini açıqlayıb.

"Biz bunun üçün təkcə Vaşinqtonda deyil, bütün ölkədə mübarizə aparırıq", - Bondi jurnalistlərə deyib.

Yeri gəlmişkən, 1973-cü ildən bəri ABŞ-da edama məhkum edilmiş 200 nəfər bəraət qazanıb, bəraət qazananlardan 108-i qaradərili olub.

Seçilən
9
4
modern.az

5Mənbələr