Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qusarın Ləzə kəndində sentyabrın 22-dən başlayan palçıq seli artıq stabilləşməyə başlayıb.Yerli sakinlərin Bizim.Media-ya verdiyi məlumata görə, bu gün səhər saat 4.30-dan 6.30-dək palçıqlı su gəlib, evlərə hər hansı fəsad törətməyib.Qusar Fövqəladə Hallar Komissiyasından sorğumuza cavab olaraq bildirilib ki, Ləzədə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam edir, vəziyyət tam stabildir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.