Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyatakeçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdardanarkotik vasitə - metadon aşkar edilərək qanunsuz dövriyyədənçıxarılıb.
Trendxəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələrİdarəsi məlumat yayıb.
Bildirilib ki, Gəncə Beynəlxalq Hava Limanı gömrük postundaSankt Peterburq - Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikasıvətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumitəmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə -metadon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.