AZ

27 sentyabr həm də xalqın mübarizə ruhunun simvoludur

ain.az bildirir, Newscenter.az portalına istinadən.

“Bu günün əhəmiyyəti yalnız hərbi qələbə ilə bağlı deyil, həm də azadlıq, şərəf və xalqın mübarizə ruhunun simvoludur. 27 sentyabr Azərbaycan xalqı üçün birliyi, qəhrəmanlığı və torpaq sevgisini xatırladan bir gündür”.Newscenter.az xəbər verir ki, bunları “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov 27 sentyabr-Anım günü ilə bağlı danışarkən səsləndirib. İctimai birlik sədri yaxın tarixə nəzər salaraq deyib ki, 2020-ci il, sentyabrın 27-də Ermənistan öz işğalçılıq siyasətini davam etdirmək və yeni ərazilər ələ keçirmək məqsədilə Azərbaycana hücum etdi. İlham İsmayılov deyib ki, bu aqressiya, növbəti işğalçılıq arzusu İkinci Qarabağ Müharibəsinin başlamasına yol açdı:“İkinci Qarabağ müharibəsinin başlanması ilə bir çox həyat dəyişdi. 27 sentyabrda Ermənistanın Azərbaycan torpaqlarına hücumu ilə tarixə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi başladı. Bu müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağda münaqişənin sonlandırılması istiqamətində mühüm bir mərhələ oldu. Müharibə Azərbaycanın vətənpərvərlik, birlik və mübarizə ruhunu daha da gücləndirdi”.İlham İsmayılov bildirib ki, qüdrətli Azərbaycan Ordusu və onun müzəffər Ali Baş Komandanı İlham Əliyevin sayəsində Azərbaycan əks hücuma keçərək müharibənin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndlərini, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərini, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər işğaldan azad olundu:“Müharibənin ilk günlərində əldə edilən qələbələr sonrakı döyüşlərdə qazanılacaq tam qələbənin başlanğıcı oldu. 2020-ci il, noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə İkinci Qarabağ müharibəsi başa çatmış oldu. Bu, düşmənin məğlubiyyətini etirafı idi və beləliklə, noybrın 10-da üçtərəfli Bəyanat imzalandı. Əslində bu bir sıradan bəyanat deyildi. İmzalanan bəyanat Azərbaycanın qalibiyyəti, Ermənistanın isə məğlubiyyətinin sübutu idi.44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdış Beləliklə, Vətən müharibəsinin nəticəsi olaraq, 30 illik işğal altındakı ərazilərimiz azad olundu”.İlham İsmayılov onu da deyib ki, Azərbaycanın 44 günlük müharibədə tarixi zəfəri bütün Türk dünyasında sevinclə qarşılandı:"Bu qələbə həm də dondurulmuş münaqişələrin həllinin başlanğıcı kimi qəbul edilməyə başlandı.Eyni zamanda Qərbi Azərbaycana qayıdış, Zəngəzur dəhlizinin açılması, eləcə də Türk dünyasının problemlərinin həllinin başlanğıcı kimi qəbul edildi. Həmçinin Turan birliyinin yaradılması, Türk İslam Birliyini sürətləndirmiş oldu, Azərbaycanın lider, təşəbbüskar rolunu, onun bir mərkəzə çevrildiyini dünyaya göstərdi.ATXƏM sədri deyib ki, 27 sentyabr həm də itkilər və acılarla bağlı olan dərin mənalı, duygusal bir gündür:“Bu günü tarixiləşdirən, onun əhəmiyyətini birə-beş artıran da Cənab Prezident İlham Əliyev oldu. Belə ki, dövlət başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu sərəncamdan, eyni zamanda qəhrəman oğul və qızlarımıza yüksək ehtiram və sayğıdan irəli gələrək hər il 27 sentyabrda şəhidlərimiz anılır, milli birlik və həmrəylik bir daha önə çıxır. Biz də ATXƏM olaraq torpaqlarımızın bütövlüyü, ərazi bütövlüyümüzün tam bərpa olunması istiqamətində canlarını fəda etmiş şəhidlərimizin ruhunu yüksək ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyir, qazilərimizə ilə can sağlığı, tezliklə öz sağlamlıqlarına qovuşmalarını arzu ediirk”.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
newscenter.az

3Mənbələr