AZ

ABŞ Serbiyanın neft şirkətinə sanksiya tətbiq edəcək

Yazını böyüt
Yazını kiçilt

ABŞ oktyabrın 1-dən etibarən Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətinə qarşı sanksiya tətbiq edəcək.

Hafta.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib:

“Birləşmiş Ştatlar NIS-ə qarşı sanksiyaları növbəti dəfə cəmi 4 gün daha təxirə salıb. Sanksiyaların tətbiq edilməməsinin müddəti sentyabrın 27-dən oktyabrın 1-nə qədər uzadılıb. Ona görə də oktyabrın 1-dən etibarən NIS-ə qarşı sanksiyalar tətbiq olunacaq”.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi ilin əvvəlində “Naftna Industrija Srbije” şirkətini sanksiya siyahısına daxil edib. Bu addım Rusiyanın enerji sektoruna tətbiq edilən yeni məhdudiyyətlərin bir hissəsi olaraq atılıb.

Ötən müddətdə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi ABŞ tərəfinə şirkətə qarşı sanksiyaların təxirə salınması üçün bir neçə dəfə məktub göndərib. ABŞ NIS-ə qarşı sanksiyaları sayca 6-cı dəfə təxirə salıb, hazırki müddət sentyabrın 27-də başa çatır.

Serbiya hökuməti 2008-ci ildə NIS şirkətinin səhmlərinin bir hissəsini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.

Seçilən
79
11
hafta.az

10Mənbələr