Ekspert İlham İsmayıl saxlanılıb.
Teleqraf xəbər verir ki, dələduzluqda ittiham olunan İ.İsmayıl hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Məlumata görə, ekspert xaricdə yaşayan oğlu Cavidan İsmayılzadə ilə əlbir olaraq vətəndaş Emin Məmmədzadəyə qarşı dələduzluq edib.
Qeyd edək ki, İlham İsmayılın saxlanması barədə iık xəbəri unikal.az yayıb.
İ.İsmayıl zərərçəkmişə Almaniyadan avtomobil gətirəcəyi barədə vəd verib. Vəd edilən avtomobil 2018-ci il istehsalı və dəyəri 54 min ABŞ dolları olan “Range Rover” olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 178 ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.