AZ

Deputat: “Ermənistan təqdim etdiyi mina xəritələri ilə təhlükəni gizlətməyə çalışır”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin icra etdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi çərçivəsində Dəyirmi Masa tədbirində çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva Qarabağda mina təhlükəsinin miqyasına diqqət çəkib.

QHT.az xəbər verir ki, deputat bildirib ki, Ermənistanın otuz ildən artıq işğal siyasəti nəticəsində Azərbaycan ən çox mina ilə çirklənmiş ölkələrdən biridir:

  • Ümumilikdə 3,400-dən çox azərbaycanlı mina qurbanı olub, onların arasında uşaqlar və qadınlar da var.

  • 2020-ci ildən bəri 383 nəfər mina partlayışlarının qurbanına çevrilib.

  • 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirlərindən sonra 500,000-dən çox mina aşkar edilib.

Vəliyeva qeyd edib ki, minatəmizləmə əməliyyatlarının 95%-i dövlət büdcəsi hesabına həyata keçirilir, beynəlxalq dəstək isə kifayət qədər deyil. Ermənistanın təqdim etdiyi mina xəritələri yalnız 25% dəqiqliyə malikdir, real təhlükənin isə 1,5 milyon mina ətrafında olduğu güman edilir.

Deputat Azərbaycanın mina problemini beynəlxalq gündəliyə daşımaq üçün atdığı addımları da vurğulayıb – yeni qanunun qəbul edilməsi, BMT-də təşəbbüslər və humanitar minatəmizləmənin Milli Dayanıqlı İnkişaf Məqsədi elan olunması buna misaldır.

 

Pərvanə Fərhadqızı

Seçilən
19
qht.az

1Mənbələr