AZ

Avropa Bankının Azərbaycan manatı ilə istiqraz emissiyasının parametrləri açıqlanıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı ilk istiqraz emissiyasının dəyəri 50 milyon manat olacaq.

FED.az xəbər verir ki,  söhbət hər birinin nominal dəyəri 100 min manat olan 500 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.

İstiqrazlar "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək, 1 oktyabr 2025-ci ildən 1 oktyabr 2026-cı ilə qədər dövriyyədə olacaq. Faizlər AZİR indeksinə uyğun olaraq rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayterləri "ABB-İnvest" və "Unicapital" investisiya şirkətləridir. (Report)

Seçilən
68
1
fed.az

2Mənbələr