AZ

Arxeoloqlar Kleopatranın dəfninin sirrini açmağa yaxındırlar

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misirin son hökmdarı VII Kleopatra ilə əlaqəli yüzlərlə qədim sikkələr Misirdəki Taposiris Magna məbədində arxeoloqlar tərəfindən aşkar edilib və onun itirilmiş məzarının yeri ilə bağlı müzakirələr təzələnib.

Bizimyol.info xəbər verir ki, 2005-ci ildən qazıntılara rəhbərlik edən arxeoloq Ketlin Martinezin sözlərinə görə, komanda Kleopatranın hakimiyyəti dövründə (e.ə. 51-30) zərb edilmiş 800-dən çox sikkə aşkar edib.

Onların bir çoxu, o cümlədən 330-dan çox sikkə məbədin divarının yaxınlığındakı gizli xəndəkdən tapılıb. Sikkələrin Romalılardan qorunmaq üçün gizlədildiyi güman edilir. "Bu, Kleopatranı sevdiyinin və xalqının onun yaddaşını qoruduğunun açıq sübutudur",- deyə Martinez bildirib.

Sikkələrdən əlavə, arxeoloqlar məbədin yaxınlığında sahildə batmış liman, saxsı qab parçaları, lövbərlər, ilahə Hathorun təsviri olan üzük və çox güman ki, Kleopatraya aid büst tapdılar. Tədqiqatçının sözlərinə görə, bu tapıntılar Taposiris Magna məbədinin kraliçanın dəfn olunduğu yer ola biləcəyi ilə bağlı fərziyyəni dəstəkləyir.

Lakin bəzi alimlər bu nəzəriyyə ilə razılaşmırlar. Oksford Universitetindən Endryu Meadouz qeyd edir ki, Kleopatranın orada dəfnini göstərən heç bir sənədli dəlil yoxdur və bəzi tarixçilər onun məzarının İsgəndəriyyədə ola biləcəyinə inanırlar.

VII Kleopatra təxminən iyirmi il Misirə hökmdarlıq edib, əvvəlcə oğlu Sezarion, sonra Mark Antoni ilə birlikdə.

Antoni Oktavianla vətəndaş müharibəsində məğlub olduqdan sonra eramızdan əvvəl 30-cu ildə intihar edib.

Taposiris Magna məbədi nəzəriyyəsinin təsdiq edilib-edilməməsindən asılı olmayaraq, bu tapıntılar qədim Misirin mədəniyyətini və tarixini anlamaq üçün arxeoloji tədqiqatların əhəmiyyətini nümayiş etdirir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
bizimyol.info

1Mənbələr