AZ

Vəhşi heyvan və quşların saxlanıldığı "Qədir Xum" və "Fədək" restoranlarında monitorinq keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Qədir Xum" və "Fədək" restoranlarında monitorinq keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, ictimai-iaşə müəssisələrində, ailəvi istirahət məkanlarında vəhşi heyvan və quşların saxlanılması və nümayiş etdirilməsi hallarında yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Hacıqabul rayonunun Bakı-Şirvan avtomobil yolunda yerləşən "Qədir Xum", Pirsaat qəsəbəsində yerləşən "Fədək" restoranında AQTA əməkdaşları tərəfindən monitorinq keçirilib.
Monitorinq zamanı restoranlarda olan vəhşi heyvan və quşların növü, eləcə də miqdarı müəyyən edilib. Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, quşların saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.
Seçilən
21
9
oxu.az

10Mənbələr