AZ

Türkiyədə “Spotify” barədə rəqabət qaydalarının pozulmasına görə araşdırma başladılıb

BAKI, 25 sentyabr. TELEQRAF

Türkiyənin Rəqabət Şurası İsveçin musiqi platforması “Spotify” barədə “Rəqabətin qorunması haqqında” qanunun pozulması şübhəsi ilə araşdırma başladıb.

Teleqraf xəbər verir ki, bu barədə qurumun məlumatında qeyd olunub.

Bildirilib ki, araşdırma çərçivəsində “Spotify”ın musiqi əsərlərini pleylistlərə əlavəetmə, reytinq və tövsiyə alqoritmlərində müəllif hüquqları sahiblərinə qarşı ayrı-seçkilik edib-etmədiyi yoxlanılacaq. Həmçinin Türkiyədəki abunə qiymətlərinin rəqiblərin və musiqi hüquqları sahiblərinin fəaliyyətini çətinləşdirəcək dərəcədə aşağı olub-olmadığı da araşdırılacaq.

Qeyd edək ki, bundan əvvəl Rəqabət Şurası “Google”la bağlı da araşdırma aparmışdı. Cari ilin iyul ayında şura yerli bazarda otellərin bron edilməsi üzrə axtarış nəticələrinin təqdim olunmasında rəqabət qaydalarının pozulmasına görə şirkətə 355 milyon lirədən (təxminən 9 milyon dollar) çox cərimə tətbiq etmişdi. 2024-cü ildə isə “Google” eyni pozuntuya görə 15 milyon dollar məbləğində cərimələnmişdi.

Seçilən
13
teleqraf.com

1Mənbələr