AZ

Netanyahudan razılaşma üçün Şaraaya iki şərt

BAKI, 25 sentyabr. TELEQRAF

İsrail və Suriya arasında danışıqlar davam edir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş naziri Binyamin Netanyahunun mətbuat xidməti məlumat yayıb.

“Nəticə yalnız İsrailin maraqlarına təminat verildiyi təqdirdə mümkündür”, - məlumatda bildirilib.

Danışıqların müsbət nəticələnməsi üçün İsrailin şərtləri aşağıdakılardır:

- Suriyanın cənub-qərbinin demilitarizasiyası,

- Suriyadakı druzların həyatını və təhlükəsizliyini qorumaq.

Suriya Prezidenti Əhməd Şaraa bundan əvvəl bildirmişdi ki, İsrail 2024-cü il dekabrın 8-dən əvvəlki status-kvoya qayıtmalıdır: “İsraillə əldə edilən istənilən uğurlu razılaşma tegionda sülhün yayılmasına kömək edəcək digər anlaşmalara yol açacaq”.

Seçilən
11
teleqraf.com

1Mənbələr