AZ

“Chery” səhmləri 1.2 milyardlıq IPO-dan sonra 13% artıb

Çin avtomobil istehsalçısı “Chery Automobile Co”nun səhmləri cümə axşamı Honq-Konq birjasında keçirilən ilkin ictimai təklifdən (IPO) sonra 13% artıb. Qeyd edək ki, IPO nəticəsində şirkət 1.2 milyard dollar cəlb edib.

Ticarət 34.20 Honq-Konq dolları qiyməti ilə açılıb ki, bu da təklif qiyməti olan 30.75 Honq-Konq dollarını üstələyir. Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, səhmlər 13% artaraq 34.86 Honq-Konq dollarına yüksəlib.

Bu, bu il Honq-Konqda keçirilən ikinci ən böyük IPO-dur. Hal-hazırda “Chery”nin bazar dəyəri 23 milyard dollar dəyərində qiymətləndirilir.

Şirkət əldə olunan vəsaitin 35%-ni yeni minik avtomobillərinin tədqiqat və inkişafına, 25%-ni isə növbəti nəsil avtomobillərin hazırlanmasına yönəltməyi planlaşdırır.

Seçilən
6
banker.az

1Mənbələr