AZ

Hoteldə atəş səsləri, gürcü xüsusi təyinatlılar əməliyyat keçirdi - VİDEO

Tiflisdəki "Holiday Inn" hotelində atəş səsləri eşidilib.

Ölkə.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, mehmanxananın əməkdaşlarını hədələyən silahlı şəxs saxlanılıb. Polisə hotel otaqlarından birində atəş səsi ilə bağlı məlumat  daxil olub. 

Bundan əlavə, Gürcüstanın “Formula” televiziya kanalı “Holiday Inn”də naməlum şəxsin bir nəfəri girov götürməsi barədə məlumat yayıb.

Tbilisi polisinin direktoru Vaja Siradze bildirib ki, bir nəfər saxlanılıb.

Faktla bağlı “Təhlükə” və “Qanunsuz olaraq silah əldə etmə, saxlama və gəzdirmə” maddələri ilə araşdırma başlanılıb. Siradze qeyd edib ki, Daxili İşlər Nazirliyi istintaq başa çatdıqdan sonra rəsmi açıqlama verəcək.

Seçilən
29
olke.az

1Mənbələr