AZ

ADPU ya qəbul olan tələbələrin 64 faizi dövlət sifarişi əsasında təhsil alacaq

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 25 sentyabr, AZƏRTAC

2025/2026-cı tədris ili üçün bakalavriat pilləsinə qəbulun nəticələrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) plan yerləri tam dolub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, qəbul olunanların 57 faizi dövlət sifarişi, 43 faizi isə ödənişli əsaslarla qəbul olunub. Həmçinin ödənişli əsaslarla qəbul olunan tələbələrin 178 nəfəri güzəşt kateqoriyası üzrə qəbul edilib (ümumi qəbulun 7 faizə qədəri). Bu isə qəbul olunan tələbələrin ümumilikdə 64 faizə qədərinin dövlət hesabına təhsil alacağı deməkdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
2
azertag.az

3Mənbələr