AZ

İmişlidə toyda zəhərlənən şəxslərin sayı artıb

24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Gundem.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib:

"Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib".

"Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir", - qurumdan əlavə olunub.

Qeyd edək ki, sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
17
39
gundem.az

10Mənbələr