Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başa çatdıqdan sonra ölkəni idarə etməyi planlaşdırmadığını bildirib.
News24.az xəbər verir ki, dövlət başçısı bu fikri “The Axios Show” proqramına müsahibəsində səsləndirib.
“Mənim əsas məqsədim müharibəni bitirməkdir, vəzifədə qalmaq yox. Mən prezidentliyə yenidən namizəd olmağı düşünmürəm”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, atəşkəs əldə ediləcəyi təqdirdə parlamentə seçkilərin keçirilməsi ilə bağlı müraciət edəcək.
Zelenski qeyd edib ki, təhlükəsizlik vəziyyəti və konstitusiya çərçivəsi müəyyən çətinliklər yaratsa da, seçkilərin mümkün olduğuna inanır.
O, həmçinin ABŞ lideri Donald Trampla görüşündə də bu mövqeyini dilə gətirdiyini xatırladıb.
Nilufər