Azərbaycan I Liqasında 3-cü tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha iki oyun keçiriləcək.
İddialı heyət formalaşdırmasına baxmayaraq, mövsümə zəif başlayan MOİK Binədə "Zaqatala"nı qonaq edəcək. "Baku SPortinq" isə Buzovnada "Şimal" ilə üz-üzə gələcək. Hər iki qarşılaşma eyni vaxtda - 15:30-da start götürəcək.
Qeyd edək ki, dünəb baş tutan görüşlərdə "Şəfa" "Cəbrayıl"ı (3:0), "Mingəçevir" "Difai"ni (2:0) və "Səbail" "Şahdağ Qusar"ı (2:0) məğlub edib.
Azərbaycan I Liqası
3-cü tur
25 sentyabr
15:30. MOİK – “Zaqatala”
Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Əkbər Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə. Qəsəbə stadionu.
15:30. “Baku Sportinq” – “Şimal”
Hakimlər: Murad Səlimov, Səbuhi Əmrahov, Sənan Atayev, Namiq Bəkirov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Buzovna. Qəsəbə stadionu.