Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Türkiyə mətbuatının rəsmi mənbəyə istinadən yaydığı məlumata əsasən, Türkiyə Prezidenti rəsmi Ankaranın Fransa ilə dialoqa böyük əhəmiyyət verdiyini, ticarət, enerji, müdafiə sənayesi və bir sıra digər sahədə əməkdaşlığı artırmağı hədəflədiyini vurğulayıb. O həmçinin ölkəsinin Avropa İttifaqı (Aİ) ilə əlaqələri intensivləşdirmək niyyətini diqqətə çatdırıb. Tərəflər Rusiya-Ukrayna müharibəsinin cari vəziyyətinə də toxunublar. Ərdoğanın sözlərinə görə, Türkiyə bu müharibədə ədalətli, davamlı sülh naminə üçün hər cür səy göstərir. "Ankara nəticəyə fokuslanaraq İstanbulda keçirilən danışıqlar prosesini daha da irəli aparmağı fikirləşir", – o deyib.
Makron Pezeşkiyanla görüşüb
Prezident, eyni zamanda, Fransanın Fələstini dövlət səviyyəsində tanıma qərarına görə həmkarına öz təbrikini bildirib. O, Qəzza zolağında münaqişənin iki dövlətli həll yolu ilə başa çatdırılması naminə İsrailə qarşı beynəlxalq təzyiqlərin nəticə verə biləcəyini söyləyib. Liderlər Suriyadakı mövcud vəziyyətlə əlaqədar da fikir mübadiləsi aparıblar.
https://t.co/FqMNLl524L pic.twitter.com/YmK77KWG64
— Anadolu Ajansı (@anadoluajansi) September 24, 2025
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.