AZ

“Nizami” və “28 May” stansiyaları arasında hərəkət müvəqqəti dayandırılacaq

Xətlərin ayrılması layihəsinin tərkib hissəsində olan hər iki tunelin inşası zamanı “Nizami” və “28 May” stansiyaları arasında hərəkət müvəqqəti dayandırılacaq.
Teleqraf xəbər verir ki, bunu "Bakı Metropoliteni" nin departament rəhbəri Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.
M.Rzayev qeyd edib ki, dayanma müddətinin uzun olmaması məqsədilə "28 May" stansiyasının ərazisində iki ədəd yanaşma tunelinin inşasını önə salınması və bununla da tunellərin inşası prosesində mümkün qədər qısa müddətdə hərəkətin daynaması planlaşdırılıb:

“Hazırda 2 saylı şaxtada suvayvurma işlərinə başlanılıb. Eyni zamanda həmin ərazidə daha öncədən kommunikasiya işlərinin köçürülməsi tamamlanıb. 1 saylı şaxtanın ərazisi hasara alınıb və kommunikasiya xətlərinin köçürülməsi prosesi davam edir”,- deyə əlavə edib.
Seçilən
18
17
sherg.az

10Mənbələr