AZ

İmişildə şagirdlərə iqlim dəyişiklikləri ilə bağlı seminar keçirilib

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı layihə çərçivəsində seminarlara başlayıb.

Növbəti seminarlar 23-24 sentyabr tarixində seminar İmişli şəhər 1 saylı Tam Orta məktəbdə və İmişli rayonu Hacalmuradlı kənd orta məktəbində  orta məktəbi şagirdləri üçün keçirilib.

1 saylı İmişli şəhər tam orta məktəbin direktoru Yusif Hüseynov seminar iştirakçılarını və qonaqları salamlamış,Azərbaycan Respublikasının ekoloji məsələlərdə önəmli rol oynadığını və COP-29 tədbirlərinin əhəmiyyətini vurğulamış və bu layihənin də gənclərimiz üçün olduqca əhəmiyyətli olduğunu bildirmişdir.

Sonra “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Biorliyinin sədri Aynurə Miriyeva iştirakçıları salamlayıb,layihə və onun hədəfləri barədə geniş məlumat verib.O,qlobal iqlim dəyişikliyi və onun dünya və ölkəmiz üçün fəsadları,iqlim dəyişiklikləri ilə mübarizə,COP-29 sonrakı dönəmdə Azərbaycanın iqlim dəyişiklikləri istiqamətində atacağı addımlar barədə təqdimat edib.

Şagirdlərə ekoloji problemlərin həlli isitiqamətdə görülməlik işlər və Bakıda keçirilən  COP-29 tədbirlərinin davamı olaraq gənclərin üzərinə düşən vəzifələr barədə geniş təqdimat həyata keçirilib.

O həmçinin bildirdi ki,layihənin əsas məqsədi məktəblərdə iqlim dəyişiklikləri barədə maarifləndirmə səviyyəsini artırmaq, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın COP29 irsinin əhəmiyyətini vurğulamaqdır. Layihə çərçivəsində iqlim dəyişikliyinin səbəbləri, təsirləri, və həll yolları haqqında məlumatlar təqdim olunub. Seminarda gənclərin aktiv iştirakı və interaktiv müzakirələr vasitəsi ilə onların ətraf mühitin qorunmasına olan marağını təşviq etmək,COP29 sonrası dönəmə yeniyetmə və gənclərin töhfə verməsini stimullaşdırmaq. Layihənin əsas hədəf mövzusu olmuşdur.

Layihə fəaliyyəti üzrə təqdimatlardan sonra şagirdlərlə interaktiv disskusiyalar keçirilmiş və onları maraqlandıran suallar cavablandırlımışdır.

Seminarlar Biləsuvar və Cəbrayıl məktəblərində davam etdiriləcək.

AzPost.az

Seçilən
9
2
azpost.info

10Mənbələr