AZ

"Sahil"in yaxınlığında yeni stansiya inşa olunacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakı Metropoliteni" QSC-nin "bənövşəyi xətti"ndən "qırmızı" və "yaşıl xətt"ə keçid imkanı olacaq".
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, "Avtovağzal" stansiyasından hərəkətə başlayan sərnişin "Sahil" stansiyasına keçməklə "Həzi Aslanov" stansiyasına qədər başqa nəqliyyata minmədən yoluna davam edə biləcək:
"Nizami" stansiyasından sonra "Sahil" stansiyasının yaxınlığında da yeni stansiya inşa olunacaq və həmin stansiyadan "qırmızı xətt"ə keçid mümkün olacaq.
"B-04" stansiyası "bənövşəti xətt"in "8 Noyabr"dan sonrakı stansiyası olacaq. Dövlət Proqramına uyğun olaraq, "bənövşəyi xətt" üzrə daha 5 stansiya inşa olunmalıdır. Həmin 5 stansiyadan biri, məsələn, "B-04" stansiyasından sonrakı "B-05" stansiyası "Nizami" stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirməsi işləri aparılır. Həmin stansiyadan birbaşa "Nizami" stansiyasına keçid olacaq".
Samir Əli
Seçilən
27
23
oxu.az

10Mənbələr