“Suriya ilə danışıqlar davam edir. Onların başa çatması İsrailin maraqlarının, o cümlədən, Suriyanın cənub-qərbinin demilitarizasiyası və Suriyadakı druzlar üçün təhlükəsizlik zəmanətlərinin təmin olunmasından asılıdır”,- məlumatda vurğulanır.
![]() |
Əl Şaraa:“Biz İsraildən qorxuruq” |
Suriya lideri həmçinin İsrailin Dəməşqə münasibətdə qorxulu siyasət apardığını diqqətə çatdırıb.
Xatırladaq ki, sentyabrın 17-də Londonda ABŞ-nin vasitəçiliyi ilə Suriyanın Xarici İşlər naziri Əsəd Əl-Şeybani və İsrailin Strateji Planlaşdırma naziri Ron Dermer arasında danışıqlar baş tutub. Tərəflər 1974-cü ildə İsrail və Suriya qüvvələrinin Colan təpələrində döyüşdən çıxarılmasına dair razılaşmanı əvəzləmək üçün nəzərdə tutulan yeni təhlükəsizlik sazişi layihəsini müzakirə ediblər.
Sahil İsgəndərov
AzVision.az