ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
AzVision.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun dəftərxanasının yaydığı açıqlamada belə deyilir. “Suriya ilə danışıqlar davam edir. Onların başa çatması İsrailin maraqlarının, o cümlədən, Suriyanın cənub-qərbinin demilitarizasiyası və Suriyadakı druzlar üçün təhlükəsizlik zəmanətlərinin təmin olunmasından asılıdır”, - məlumatda vurğulanır.
Əl Şaraa: “Biz İsraildən qorxuruq”
Bundan əvvəl Suriyanın müvəqqəti prezidenti Əhməd Əl Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində iki qonşu ölkənin təhlükəsizlik tədbirləri ilə bağlı razılığa gələ biləcəyini, lakin “istənilən halda İsrailin Suriya ərazisindən çıxmalı olduğunu” bildirib. Suriya lideri həmçinin İsrailin Dəməşqə münasibətdə qorxulu siyasət apardığını diqqətə çatdırıb. Xatırladaq ki, sentyabrın 17-də Londonda ABŞ-nin vasitəçiliyi ilə Suriyanın Xarici İşlər naziri Əsəd Əl-Şeybani və İsrailin Strateji Planlaşdırma naziri Ron Dermer arasında danışıqlar baş tutub. Tərəflər 1974-cü ildə İsrail və Suriya qüvvələrinin Colan təpələrində döyüşdən çıxarılmasına dair razılaşmanı əvəzləmək üçün nəzərdə tutulan yeni təhlükəsizlik sazişi layihəsini müzakirə ediblər. Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.