AZ

FIFA dünya çempionatında iştirakçı limitini artırmaqdan imtina etdi

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2030-cu il dünya çempionatını 64 komandanın iştirakı ilə keçirmək ideyasını rədd edib.

İdman.biz “The Guardian”a istinadla xəbər verir ki, bu qərar seçmə turnirlərin əhəmiyyətini itirməməsi və mundialda “intriqasız oyunların” çoxalmaması üçün qəbul olunub.

FIFA-dakı mənbə bildirib ki, yalnız Avropada deyil, ümumilikdə iştirakçıların çoxu 64 komandadan ibarət dünya çempionatının turnirə ziyan vuracağı qənaətindədir: "Çox sayda maraqsız matç olacaq və bu da biznes modelinə mənfi təsir göstərə bilər”.

İdman.biz

Seçilən
17
idman.biz

1Mənbələr