AZ

Azərbaycanda mina və kasetli silahların qurbanlarının sayı açıqlanıb

Bakı. Trend:

"Kasetli silah qurbanları" kasetli silahların tətbiq edilməsinəticəsində öldürülən və ya cismani zədə alan, yaxud psixisarsıntıya məruz qalan, iqtisadi zərərə düşən, sosial cəhətdəntəcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətlidərəcədə əziyyət çəkən bütün şəxslər nəzərdə tutulur. Bunlarakasetli silahların birbaşa təsirinə məruz qalanlar, ailə üzvləri vəyaşadıqları icmalar daxildir.

Trend-inxəbərinə görə, bu barədə məlumat “Minalar Əleyhinə AzərbaycanKampaniyası” İctimai Birliyinin kasetli sursat probleminə dairhesabatında öz əksini tapıb.

Bildirilib ki, bu layihə çərçivəsində aparılan təhqiqat zamanı1992–2025 illəri əhatə edən dövr ərzində Füzuli, Bərdə, Goranboy,Beyləqan, Ağdam, Tərtər, Yevlax, Kəlbəcər, Qəbələ və Şuşarayonlarından, Bakı, Gəncə və Mingəcevir şəhərlərindən olan 233mülki şəxs kasetli silah qurbanı kimi müəyyən edilib.

Kasetli silahla baş verən hadisə anında 8-i uşaq (5 qız, 3oğlan), 13-ü qadın olmaqla 51 nəfər həlak olub, 34-ü uşaq (18 qız,16 oğlan), 47-i qadın olmaqla 182 nəfər yaralanıb. Hadisə anında ənkiçik zərərçəkən 5 yaşında, ən yaşlı şəxs isə 78 yaşında olub.

Bundan başqa 21 hərbçinin kasetli silah qurbanı olduğu müəyyənedilib, bunların da iki nəfəri həlak olub, 19 nəfəri yaralanıb.

01.01.2025-31.07.2025 tarixlərində 15 mina hadisəsi nəticəsində20 nəfərin mina və PHS qurbanı olması faktı qeydə alınıb. Həlakolan qeydə alınmayıb. Mina və PHS partlayışları Ağdam, Ağdərə,Cəbrayıl, Füzuli, Goranboy, Kəlbəcər, Qazax, Xocalı, Xocavəndrayonlarının ərazisində baş verib. Zərərçəkənlərin 3 nəfəri uşaq vəgənclər olub. O cümlədən 1 nəfər qadın və 19 nəfər kişi partlayıcısursatlardan zərərçəkmiş kimi qeydə alınıb.

10.11.2020-31.07.2025 tarixlərini əhatə edən dövr ərzində başvermiş mina hadisələri nəticəsində 55 nəfəri mülki şəxs olmaqla 70nəfər həlak olub, 160 nəfəri mülki şəxs olmaqla 332 nəfər müxtəlifbədən xəsarətləri alıb. Onlardan 12 nəfər kasetli silah qurbanıolub.

1991-ci ildən 31 iyul 2025-cü il tarixədək 3 400 nəfərdən çoxmina və PHS qurbanı olub. Bunların 600 nəfəri həlak olub, 2 812nəfər yaralanıb. Qurbanların 38 nəfəri qadın, 362 nəfəri uşaq vəgənclərdir.

131 nəfər Vətən müharibəsi zamanı, 12 nəfər isə sonradan olmaqlaümumilikdə 143 nəfər kasetli sursatların qurbanı olub.

Seçilən
26
7
az.trend.az

8Mənbələr