AZ

“CityNet”dən yeni abunəçilərə xüsusi endirim kampaniyası

Ölkənin aparıcı internet provayderi “CityNet” yeni abunəçilər üçün xüsusi endirim kampaniyasına start verir. Kampaniya çərçivəsində www.citynet.az saytı üzərindən müraciət edən istifadəçilər ilk üç ay ərzində 25% endirimdən yararlana biləcəklər. Məsələn, “CityNet”in yeni abunəçiləri yüksəksürətli “Fiber100” tarifinə aylıq 25 AZN əvəzinə, cəmi 18.75 AZN ödəməklə qoşula bilərlər. Qeyd edək ki, “CityNet” yüksəksürətli internetlə yanaşı, eksklüziv TV xidmətləri də təqdim edir. “CityNet TV” vasitəsilə istifadəçilər “Digiturk”, “BluTV”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi seçilmiş kanalları izləyə, həmçinin “YouTube”, “Netflix”, “Amazon Prime” və “Spotify” kimi populyar tətbiqlərə asanlıqla çıxış əldə edə bilirlər. Kampaniya çərçivəsində təklif olunan tariflərlə tanış olmaq və qoşulmaq üçün www.citynet.az saytına daxil ola və ya ətraflı məlumat üçün *1177 nömrəsi vasitəsilə “CityNet” müştəri xidmətləri ilə əlaqə saxlaya bilərsiniz. “CityNet” haqqında

Azərbaycanın aparıcı internet provayderi olan “CityNet” (ticarət nişanı “Uninet” MMC-yə məxsusdur) yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. “CityNet” Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. “Uninet” MMC müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən “NEQSOL Holding”in tərkibində olan “Azerconnect Group”a daxildir.

Seçilən
22
13
metbuat.az

10Mənbələr