AZ

Misir Qəzza ilə bağlı Avropanın qrant və investisiya təklifini RƏDD ETDİ

Misir Qəzza sakinlərinin köçürülməsi müqabilində Avropanın qrant və investisiya təklifini rədd etdi.

İnterpress.az xəbər verir ki, bu barədə Misir diplomatik mənbələri Qətərin “Əl-Araby Al-Jadeed” qəzetinə bildiriblər.

Mənbələr vurğulayır ki, Qahirə bu yaxınlarda Qərb ölkələrindən “külli miqdarda iqtisadi yardım”, Avropa ölkələrindən qrantlar və Körfəz ölkələrindən investisiyalar daxil olmaqla, Amerikanın Körfəz ölkələrini maliyyələşdirməyə razı salmaq öhdəliyi ilə təklif alıb.

Xəbər verildiyi kimi, Misirin cavabı “qəti rədd” olub və “Misirin mövqeyi Fələstin probleminin aradan qaldırılmasına və ya Fələstin sakinlərinin öz torpaqlarından didərgin salınmasına qarşıdır”.

Mənbənin sözlərinə görə, Qahirə biri Afrikada, digəri Asiyada olmaqla iki ölkə ilə danışıqlar aparıb və İsrailin fələstinlilər üçün “alternativ vətən” təmin etmək təkliflərini geri çevirib və rədd etməkdə israr edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr