Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcək. Görüş Azərbaycan vaxtı ilə saat 19:15-də başlayacaq. Daha sonra iki lider nahar edəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası üçün ABŞ-ın Nyu-York şəhərində səfərdə olan prezident Ərdoğan Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtondadır .
Qeyd edək ki, Tramp ikinci prezidentliyi dövründə prezident Ərdoğanı bu gün ilk dəfə Ağ Evdə qəbul edəcək. İki lider Trampın birinci dövründə, 2017 və 2019-cu illərdə Ağ Evdə iki dəfə görüşüb.