AZ

İngiltərə kubolu: "Arsenal"la "Mançester Siti" növbəti mərhələdə - VİDEO

İngiltərə liqa kubokunda bu gecə 4 oyun keçirilib.

İdman.biz bildirir ki, "Nyukasl" "Bredford"u qəbul edib. Oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

"Arsenal" Port Veyl"in qonağı olub. Görüşdə hesabı "Arsenal" açıb. Bunu 71-ci dəqiqədə Ebereçi Eze edib - 0:1. 86-cı dəqiqədə Trossard ikinci topu "Port Veyl"in qapısından keçirib - 0:2.

"Mançester Siti" rəqib meydançasında "Haddersfild Taun"la üz-üzə gəlib.

Oyunda hesabı 18-ci dəqiqədə Foden açıb - 0:1. 74-cü dəqiqədə Savio hesab arasındakı fərqi artırıb - 0:2.

Nəhayət sonuncu oyunda "Tottenhem"lə "Donkaster Rovers" qarşılaşıblar. Oyun 2:0 "Tottenhem"in qələbəsi ilə bitib.

İdman.biz

Seçilən
53
1
idman.biz

2Mənbələr