AZ

İsrail Suriyadan ölkənin bir hissəsinin tərksilah edilməsini tələb edib

İsrail Suriyanın cənub-qərbinin tərksilah edilməsini və Suriya ilə danışıqlarda suriyalı druzların təhlükəsizliyi üçün təminat verməsini istəyib.

APA xəbər verir ki, bu haqda İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin yaydığı bəyanatda deyilir.

"Suriya ilə danışıqlar davam edir. Onların başa çatdırılması İsrailin maraqlarının təmin edilməsindən asılıdır ki, bunlar da Suriyanın cənub-qərbinin tərksilah edilməsi və Suriyadakı druzların təhlükəsizliyinə zəmanət verilməsidir", - bəyanatda bildirilir.

Seçilən
20
1
apa.az

2Mənbələr