AZ

Ueyn Runi: "Elə bilirlər ki, Ronaldodan xoşum gəlmir"

"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi əvvəllər "qırmızı şeytanlar"da birlikdə oynadığı Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo ilə münasibətlərinə aydınlıq gətirib.

İdman.biz bildirir ki, Runi onların münasibətlərinin pis olması ilə bağlı yayılan xəbərləri təkzib edib.

"İnsanlar Ronaldonu sevmədiyimi düşünür. Doğrusu, mən ona hörmət edirəm. O, əsl dahidir, inanılmaz işlər görür.

Mən onunla oynamağı sevirdim. Düşünürəm ki, insanlar nə qədər yaxın olduğumuzu başa düşmürlər. Ola bilsin ki, mən Messinin Ronaldodan daha yaxşı olduğunu dediyimə görə onlar Kriştianonu sevmədiyimi düşünürlər. Mən sadəcə Messiyə pərəstiş edirəm, onun oyununu izləməyi sevirəm, seçimimin yeganə səbəbi budur, çünki düşünürəm ki, Lionel öz oyunu, oyunçularla qarşılıqlı əlaqəsi və sairə baxımından bir az daha yaxşı idi.

Ronaldo futbolda əsl qatildir və insanlar Messinin Ronaldodan daha yaxşı olduğunu dediyim üçün onu sevmədiyimi, ona yuxarıdan aşağı baxdığımı düşünürlər”, - ESPN Runidən sitat gətirib.

İdman.biz

Seçilən
56
idman.biz

1Mənbələr